Tez-tez verilən suallar

1. Sənədləşmə və qəbul prosesi nə qədər vaxt aparır?

Müraciət etdiyiniz ölkədən, proqramdan və universitetin cavablandırma müddətindən asılı olaraq qəbul prosesi orta hesabla 2 həftədən 2 aya qədər çəkə bilər.

2. Almaniyada Ausbildung (peşə təhsili) proqramına qoşulmaq üçün hansı şərtlər tələb olunur?

Əsas tələblər orta məktəb atestatı (və ya diplom) və minimum B1/B2 səviyyəsində alman dili biliyidir. Dil biliyi olmayan namizədlər üçün tərəfimizdən xüsusi Alman dili kursları təşkil olunur.

3. Xaricdə iş vizası almaq üçün müqavilə rəsmi bağlananır?

Bəli, INTELBRAIN ilə bütün əməkdaşlıq 100% rəsmi müqavilə əsasında yürüdülür. Slovakiya, Polşa, Çexiya və Almaniyada təklif olunan iş yerləri tam leqaldır və işəgötürənlə birbaşa rəsmi müqavilə bağlanır.

4. Viza imtina ehtimalı varmı və viza dəstəyinə nə daxildir?

Mütəxəssislərimiz sənədlərinizi konsulluq tələblərinə tam uyğun şəkildə hazırladığı üçün viza alma şansınız maksimuma çatdırılır. Sənədlərin tərcüməsi, motivasiya məktubunun yazılması və səfirlik görüşünə hazırlıq prosesi tam şəkildə bizim tərəfimizdən həyata keçirilir.

5. Təhsil üçün attestatla qəbul mümkündür, yoxsa mütləq İELTS/TOEFL lazımdır?

Türkiyə, Avropanın bəzi ölkələri və MDB dövlətlərində attestatla imtahansız qəbul mümkündür. Dil sertifikatı tələb edən ölkələr üçün isə daxili dil imtahanları və ya dil kursu vasitəsilə qəbul imkanları təqdim edirik.