Haqqımızda
INTELBRAIN — xaricdə təhsil və beynəlxalq əməkdaşlıq sahəsində gənclərin, mütəxəssislərin gələcək hədəflərinə çatmasına dəstək olan peşəkar məsləhətçilik şirkətidir. Biz gənclərin xaricdə keyfiyyətli təhsil alması, beynəlxalq karyera qurması və fərdi inkişafı üçün geniş spektrli xidmətlər təqdim edirik.
Missiyamız
Hər bir müraciətçinin bilik, bacarıq və arzularına uyğun optimal təhsil və iş imkanlarını aşkar etmək, sənədləşmədən vizaya qədər olan bütün prosesi şəffaf, rahat və zəmanətli şəkildə həyata keçirməkdir.
Nə Üçün INTELBRAIN?
Geniş Coğrafi Əhatə: Avropa, Amerika, Kanada, Asiya (Çin, Koreya, Yaponiya), Türkiyə və MDB ölkələri üzrə aparıcı universitetlərə birbaşa qəbul.
Xaricdə İş və Ausbildung: Almaniyada tibb, otel/restoran sektoru, Ausbildung (peşə təhsili və iş); Slovakiya, Polşa və Çexiyada zavod, fabrik, logistika və nəqliyyat sahələrində rəsmi iş imkanları.
Dil Dəstəyi: Almaniya proqramları və digər xarici ölkələr üçün peşəkar dil kursları.
Viza Və Təminat: Dünyanın dörd bir yanına turist və təhsil vizası dəstəyi, 100% rəsmi müqavilə ilə zəmanətli xidmət.
Dəyərlərimiz
Etibarlılıq və Şəffaflıq: Bütün proseslər rəsmi müqavilə əsasında, hər addımda müştəriyə tam məlumat verilməklə aparılır.
Fərdi Yanaşma: Hər bir müraciətçinin məqsədinə uyğun xüsusi yol xəritəsi hazırlanır.
Uğur Yönümlülük: Məqsədimiz yalnız müraciət etmək dəyil, qəbul və viza nəticəsini uğurla tamamlamaqdır.
INTELBRAIN — Arzularınıza daha yaxın. Gələcək hədəflərinizə bizimlə başlayın!